📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mariupolda tətbiq edilən silah nədir? - Malyar

2022-04-12 14:07:00

Mariupolda tətbiq edilən silah nədir? - Malyar

Rusiya ordusunun Mariupolda kimyəvi silahdan mümkün istifadəsinə dair məlumatlar yoxlanılır. Ola bilsin ki, bu, fosforlu sursatlar olub.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“İlkin məlumatlara əsasən, bunların fosforlu sursat olması ehtimalı var. Yekun rəsmi məlumat daha sonra bildiriləcək”, - Malyar bildirib.

Malyar əlavə edib ki, Rusiya qüvvələri tərəfindən kimyəvi silahdan istifadə təhlükəsi həqiqətən mövcuddur və bu risk kifayət qədər yüksəkdir.