📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mariya Zaxarova Londondakı azərbaycanlı həmkarlarına dəstək verib

2022-08-06 00:20:00

Mariya Zaxarova Londondakı azərbaycanlı həmkarlarına dəstək verib

“Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istərdim. Azərbaycanın Britaniyadakı səfirliyinə radikal hücum məni şoka salıb”.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında yazıb.

“Günorta çağı vandalların bütöv bir izdihamı diplomatik nümayəndəliyin ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub. Allaha şükür, heç kim xəsarət almayıb”, - Zaxarova bildirib. \\Report