Mariya Zaxarova: Rusiya Ermənistan-Azərbaycan sərhəddində beynəlxalq müşahidəçilər yerləşdirilməsinə qarşıdır...
2022-09-30 12:15:00
Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanla Azərbaycan sərhədində “beynəlxalq müşahidəçilər” yerləşdirmək ideyasına qarşı çıxıb. Bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Real fəaliyyət göstərən üçtərəfli sazişləri xəyali bir şeylə əvəz etmək mümkün deyil. Yalnız üçtərəfli sazişlərin tam icrası münaqişənin həllinə kömək edəcək. Qeyri-regional oyunçular Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar”, deyə Mariya Zaxarova əlavə edib.
Ülviyyə, Hurriyyet.az