📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Marketlərdə pos-terminallar işləmir: Səbəb? - Rəsmi açıqlama

2025-07-09 20:56:46

Marketlərdə pos-terminallar işləmir: Səbəb? - Rəsmi açıqlama

Bakının bəzi market və ticarət mərkəzlərində pos-terminallar işləmədiyi üçün alıcılar kartla ödəniş edə bilmirlər.

Hurriyyet.Az Teleqraf-a istinadən xəbər verir ki, marketdəki kassirlər ödəniş terminallarında yaranmış problemin səbəbləri barədə məlumatsızdırlar.

Problemin bu gün axşam saatlarında yarandığı qeyd olunur. Bu da alıcılar arasında narahatlıq yaradıb.

Hazırda ödənişlər yalnız nağd şəkildə qəbul olunur.

Bakının bəzi market və ticarət mərkəzlərində pos-terminallarda yaranmış problemlə bağlı Dövlət Vergi Xidməti açıqlama yayıb:

"Hər bir mağaza müştərilər üçün pos-terminal quraşdırmalı və onun fasiləsiz işləməsini təmin etməlidir. İstehlakçılar nağdsız ödənişləri maneəsiz şəkildə həyata keçirə bilməlidir".