📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Marketlərdən 50 minlik oğurluq etdilər - Video

2025-03-03 17:12:41

Marketlərdən 50 minlik oğurluq etdilər - Video

Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən silsilə oğurluqlar edilib.

DİN-dən Hurriyyet.az-a verilən məlumata görə, polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxlayıb.

Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuşlar - 25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar. Onların törətdikləri cinayət əməlləri təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.