📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Marketlərdən oğurluq edən 5 nəfər saxlanılıb

2026-04-12 14:46:08

Marketlərdən oğurluq edən 5 nəfər saxlanılıb

Paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.