📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Marko Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır

2025-05-16 12:18:45

Marko Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır

ABŞ Dovlət katibi Marko Rubio İstanbulda keçiriləcək mühüm diplomatik danışıqlarda iştirak etmək üçün şəhərə gəlib.

Hurriyyet.az xəbər verir ki, bu barədə France-Presse agentliyi məlumat yayıb.

Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların keçirilməsi planlaşdırılıb. Bununla yanaşı, ABŞ, Türkiyə və Ukrayna arasında üçtərəfli görüş də baş tutacaq.

Görüşlər regional sabitlik və münaqişənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.