Markon İranla nüvə müqaviləsinin bərpasını istədiyini bildirib
2022-07-05 21:04:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İranla 2015-ci ildə imzalanmış nüvə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə qayırmağın zəruri olduğunu bəyan edib.
Makron bu açıqlamanı İsrailin Baş naziri Yair Lapidlə danışıqlardan əvvəl keçirilən mətbuat konfransında verib.
Qeyd edək ki, Fransa XİN bugünkü bəyanatında öz vətəndaşlarına İrana səfər etməməyi, İrandakı vətəndaşlarına isə ölkədaxili səyahətləri məhdudlaşdırmağı və bütün toplantılardan çəkinməyi məsləhət görüb, fransalı ziyarətçilərin əsassız həbs və ədalətsiz mühakimə riskinin yüksək olduğunu vurğulayıb.
Hürr Tərcüman