Markov: “Bu, nankorluqdur. Ermənilər Putin ilə Lavrova minnətdar olmalıdırlar”
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru, RF İctimai Palatasının üzvü, Prezident Vladimir Putinin müşaviri Sergey Markov öz “Feysbuk” səhifəsində yazıb: “İrəvanda antirusiya nümayişləri keçirilib. Guya Rusiya həmişə Ermənistana zərər verib. Bu, nankorluqdur, yaxşılığa qarşı yamanlıqdır. Çünki Rusiya dəfələrlə erməni xalqını xilas edib. Rusiyanın təşəbbüskarı olduğu 2020-ci ilin 10 noyabr tarixli sülh razılaşması da minlərlə erməni əsgərinin həyatını xilas edib – Azərbaycan ordusu Şuşanı alandan sonra onlar mühasirəyə düşmüş oldular və həlak ola bilərdilər. Rusiya diplomatiyası anaların oğullarını, körpələrin atalarını xilas edərək minlərlə erməni ailəsinə xoşbəxtlik gətirdi. İrəvanda Rusiyanı tənqid edən və töhmətləndirən plakatlar yox, minlərlə həyatı xilas elədiyinə görə Putinə və Lavrova təşəkkür bildirən plakatlar qaldırılmalıdır. Ermənistanın müharibədəki məğlubiyyətinin günahkarı isə Putin yox, Putinə az qulaq asan Paşinyandır”.
Hürr Tərcüman