Markov: “Kompromis tapılmasa, Ermənistan vasitəçi qismində Rusiyanın əvəzinə, Fransa ilə ABŞ-ı dartıb gətirəcək”
“Azərbaycan isə ermənilərə heç bir siyasi muxtariyyət vermək istəmir, çünki ermənilərin Qarabağdakı əvvəlki muxtariyyətinin necə pis nəticələndiyini xatırlayır”
Hurriyyet.az xəbər verir ki, rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçən görüşlə bağlı şərh yazıb: “Soçidə Azərbaycan ilə Ermənistan liderləri arasında Putinin işitrakı ilə danışıqların başlıca mövsuzu sülh müqaviləsidir. Bu, o deməkdir ki, Ermənistan Qarabağın Azərbaycan olduğunu tanıyacaq. Bunun əvəzinə, Ermənistan Qarabağın erməni icması üçün yüksək səviyyəli müxtariyyət, az qala müstəqillik istəyir. Azərbaycan isə ermənilərə heç bir siyasi muxtariyyət vermək istəmir, çünki ermənilərin Qarabağdakı əvvəlki muxtariyyətinin necə pis nəticələndiyini xatırlayır. İndi Soçidə kompromis axtarılır. Kompromis tapılmasa, Ermənistan vasitəçi qismində Rusiyanın əvəzinə, Fransa ilə ABŞ-ı dartıb gətirəcək. Və növbəti danışıqlar Soçidə yox, Parisdə olacaq”.
Hürr Tərcüman
