Markov: “Üç ildən sonra sülhməramlılar Qarabağı tərk edəcəklər”
Hurriyyet.az xəbər verir ki, rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Ermənistanla Azərbaycan arasında Soçi görüşündən sonra öz “Feysbuk” səhifəsində belə bir şərh yazıb:
“Qarabağ. Çox güman ki, dörd proses olacaq.
1. Əsas ssenari. Azərbaycan, sadəcə olaraq, heç bir şərt olmadan Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınmasını tələb edəcək. Yoxsa, 3 ildən sonra sülhməramlılarla bağlı müqavilə başa çatacaq və onlar Qarabağı tərk edəcəklər və Azərbaycan ordusu sakitcə Qarabağa girəcək, Ermənistan ordusu isə zəifliyinə görə müqavimət belə göstərməyəcək.
2. Azərbaycanın bu planına mane olmaq üçün Paşinyan ya Rusiyanı münaqişəyə cəlb etməyə çalışacaq, ya da Rusiyanı Rusiyanın düşmənləri olan Fransa, Aİ, ABŞ ilə əvəz edəcək.
3. Paşinyanın bu planını boşa çıxarmaq üçün Rusiya Paşinyanın yerinə daha çox rusiyayönlü siyasətçi gətirməyə çalışacaq.
4. Bu arada Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda sülh sazişi üzrə danışıqlar aparılacaq, lakin bir nəticə ilə – nəticəsiz.
Azərbaycan və Ermənistan liderlərinin Putinin iştirakı ilə Soçidə apardığı danışıqların nəticələri, bir sözlə, müsbət, lakin nəticəsizdir. Müsbətdir, çünki onlar ümumi bəyanat veriblər və hələ də sülh razılaşması əldə etmək istəyirlər.
Nəticəsi olmadı, çünki onlar bu sülh müqaviləsinə doğru irəliləmədilər”.
Hürr Tərcüman
.png)