📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Marmarisdəki meşə yanğınını törədən şəxs saxlanıldı

2022-06-23 21:44:00

Marmarisdəki meşə yanğınını törədən şəxs saxlanıldı

Marmarisdə meşə yanğını ilə əlaqədar bir nəfər saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Sülyman Soylu məlumat verib.

“1988-cil il təvəllaüdlü S.A adlı şəxs əməlini etiraf edib. Onun saxlanıldığı yerdən iki ədəd yanacaq kanistri tapılıb. Şübhəli şəxs hadisəni ailə arasında ticari ədavət zəminində törətdiyini bildirib. O, hətta özünü də öldürmək istədiyini vurğulayıb. Həmin şəxs əməli törədərkən sərxoş olub”, - deyə nazir bildirib.

Qeyd edək ki, Muğlanın Marmaris bölgəsindəki yanğın artıq iki gündür ki davam edir. \\Redaktor