📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

2026-08-21 13:26:51

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Gürcüstanda Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyəsində baş vermiş qrup halında zorakılıq faktı ilə bağlı Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində hökm çıxarıb.

Məhkəmə Kənan İsmayılovu yeddi ay müddətinə azadlıqdan məhrum edib.

Bolnisi Rayon Məhkəməsindən bildirilib ki, hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə keçirilən məhkəmə prosesi hökmün elan olunması ilə yekunlaşıb./Unikal/