Marsda gilli çöküntülər tapıldı
2022-06-27 14:50:00
Marsda gilli çöküntülər tapılıb.
Hurriyyet.az xəbər verir ki, görüntü Mars Kəşfiyyat Orbiti tərəfindən çəkilib.
Planet mütəxəssisləri gilli çöküntüləri Marsın şimal Ladon Valles, cənub və cənub-qərb Ladon hövzəsi boyunca aşkar edib.
Gil neytral pH şəraitində minimum su buxarlanması ilə əmələ gəlir.
Bu da suyun uzun müddət varlığına işarə edir.
Suyun 3,8-2,5 milyard il əvvəl axdığı düşünülür.
