📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Marsda su tapıldı – Günəş sistemindəki ən böyük dərədə

2021-12-16 14:14:00

Marsda su tapıldı – Günəş sistemindəki ən böyük dərədə

Hollandiya dövlətinin ərazisi böyüklüyündə gizli su ehtiyatının tapıdığı bildirilir

Hurriyyet.az TRT Haber kanalına istinadən xəbər verir ki, Mars planetində Hollandiya dövlətinin ərazisi böyüklüyündə gizli su ehtiyatının tapıdığı bildirilir. Avropa ilə Rusiyanın birgə mütəxəssis qrupu Mars səthinin altında “mühüm həcmdə su ehtiyatı” tapıblar bə alimlər gələcəkdə bu ehtiyatdan asanlıqla istifadə eləməyin mümkün olduğunu bildiriblər.

Günəş sistemindəki ən böyük dərə olan Mariner vadiləri sistemi Marsın ekvatorundan cənubda yerləşir. O, Yer planetinin ən böyük dərəsindən 10 dəfə uzun, 5 dəfə dərindir. 

Avropa Kosmik Agentliyi (ESA) dünən açıqlama verərək Marsdaki vadidə Hollandiya böyüklüyündə su kütləsinin olduğunu bəyan edib. Su, Avropa Kosmik Agentliyi (ESA) ilə “Roskosmos”un birgə layihəsi olan ExoMars Trace Gas Orbiter tərəfindən aşkar edilib. Peyk dərənin səthindən 1 metrdən də az aşağıda hidrogen aşkar edib və hidrogün molekulları su molekulları ilə əlaqədar olduğu üçün kəşf həmin bölgədəki torpağın çox güman ki, buz şəklində mövcud olan nəm baxımından zəngin olduğunu göstərir.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşı olan Aleksey Malaxov deyib: “Mariner vadisinin mərkəzi hissəsinin su ilə dolu olduğunu gördük. Bu, gözlədiyimizdən daha çox sudur. Bu, Yer planetində sabit soyuqlar səbəbindən su buzunun quru torpaq altında davamlı şəkildə qaldığı daimi buzlaqlar hissələrinə çox bənzəyir”.

Kəşf Marsda ilk su tapıntısı deyil. Planetin qütblərində də buzluqlar olduğu aşkar edilib. Bunula belə, Marinerdəki su ehtiyatları “daha ümidverici hədəf” hesab olunur.

Hürr Tərcüman