📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Masallıda 4 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

2025-08-27 10:05:17

Masallıda 4 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 46 yaşlı  Eldəniz Abdullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 4 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Hurriyyet.az