📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb

2026-02-08 11:20:06

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.org- a verilən məlumata əsasən Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib. Saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib