📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi

2026-08-01 22:49:14

Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi

Masallıda zibil poliqonunda güclü yanğın başlayıb.

Hurriyyet.media "Report"a istinadən xəbər verir ki, zibil poliqonunda başlayan yanğın daha sonra yaxınlıqdakı biçilmiş taxıl sahələrinə keçib.

Alovun əhatə dairəsi genişlənərək ətrafdakı əkin sahələrinə doğru yayılıb.

Qeyd edək ki, hadisə baş verən ərazidə biçilmiş taxıl sahələri və yaşıllıq zolaqları var.