📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Masallıda qazıntı zamanı zədələnmiş yeraltı qaz kəmərində qəza aradan qaldırılıb - YENİLƏNİB

2024-03-01 22:30:59

Masallıda qazıntı zamanı zədələnmiş yeraltı qaz kəmərində qəza aradan qaldırılıb - YENİLƏNİB

Masallı rayonu ərazisində "Aztelekom" şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı zədələnən diametri 160 mm-lik yeraltı qaz kəmərində qəza aradan qaldırılıb.

Artıq 2 500 abonentin qaz təchizatı bərpa edilib.

Qeyd edək ki, qəza nəticəsində Boradigah, Çayqıraq və Bədəlan kəndləri olmaqla 2 500 abonentin qaz təchizatı saat 12:13-dən dayandırılmışdı. \\Report

13:36

Masallı rayonu ərazisində "Aztelekom" şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı diametri 160 mm-lik yeraltı qaz kəməri zədələnib.

Nəticədə Boradigah, Çayqıraq və Bədəlan kəndləri olmaqla 2 500 abonentin qaz təchizatı saat 12:13-dən dayandırılıb.

Qəzanın aradan qaldırılması istiqamətində işlər davam edir. \\Report.Az