📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Masallıda təcili yardım avtomobili qəzaya düşüb - Xəstə ölüb, həkimlər xəsarət alıb

2023-05-18 11:08:00

Masallıda təcili yardım avtomobili qəzaya düşüb - Xəstə ölüb, həkimlər xəsarət alıb

Masallıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, qəza nəticəsində avtomobildə olan xəstə vəfat edib.

Bundan başqa, Bioloji Təbabət Klinikasının Masallı filialının 3 həkimi xəsarət alıb. Onlardan ikisinin vəziyyəti stabildir, biri isə dərhal əməliyyata alınıb.