Masallıda yanğın - əkin sahələri üçün təhlükə yarandı
2026-08-01 17:44:02
Masallı rayonunda yerləşən zibil poliqonunda yanğın başlayıb.
Hurriyyet.info xəbər verir ki, alovun tüstüsü ətraf ərazilərdən də müşahidə olunur.
Zibil poliqonu əsasən biçilmiş əkin sahələri ilə əhatə olunub, alovun bu sahələrə doğru yayılması təhlükəsinin qarşısını almaq üçün tədbirlər görülür.

