📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Masazır qəsəbəsində güclü yanğın

2024-06-03 17:39:41

Masazır qəsəbəsində güclü yanğın

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın başlayıb.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Fövqəladə Hallar Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək".

Həmin görüntüləri təqdim edirik: