📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Masazır qəsəbəsində yanğın .6 mərtəbəli yaşayış binası...

2024-06-09 11:01:26

Masazır qəsəbəsində yanğın .6 mərtəbəli yaşayış binası...

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisənin altımərtəbəli mansard tipli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə  baş verdiyi müəyyənləşdirilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60kv.m. olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12kv.m. sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı, dəhlizin üzlüyü və tavanı 5kv.m. sahədə deformasiya edib.

Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i azyaşlı olmaqla 62 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.Hurriyyet.az