Maşın 4 yaşlı uşağı vurdu
2026-03-26 18:27:47
Lənkəran rayonunda uşağı maşın vurub.
Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı maşın 4 yaşlı A.Makarovanı vurub.
Sürücü azyaşlını sözügedən avtomobillə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır./unikal.az