Maşın almaq istəyən şəxsin 7300 pulunu oğurladılar
2024-06-06 17:04:12
“Avtomobil elanı saytlarından birində şəxsi nəqliyyat vasitəsini satışa qoyan şəxsə xarici nömrədən zəng gəlib, satılan avtomobili almaq istədiklərini bildiriblər.”
Hurriyyet.az xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev açıqlama verib. Bidlirib ki, avtomobili görmədən naməlum şəxs beh göndərilməsi üçün bank kartı məlumatlarını istəyib. Beləliklə, həmin şəxsə müxtəlif suallar verə-verə, fikirini yayındıraraq sanki verilən məlumatlar o qədər əhəmiyyətli deyilmiş kimi görüntü yaratmaqla bank kartından 7300 manat vəsaiti çıxarıblar.
Qeyd edək ki, hadisə dünən olub.