📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maşın maneəyə çırpıldı - 7 yaşlı uşaq öldü-Yenilənib

2026-10-08 16:38:25

Maşın maneəyə çırpıldı - 7 yaşlı uşaq öldü-Yenilənib

Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Hurriyyet.net  xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, minik avtomobilin idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpıldığı deyilir.

Qəza nəticəsində avtomobildə olan 7 yaşlı uşaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Saatlıdakı qəzanın təfərrüatları məlum olub. 

Belə ki, rayon sakini Rəhman Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı edərkən işıq dirəyinə, sonra isə yol kənarındakı hasara çırpılıb. 

Qəza nəticəsində avtomobildə sürücünün anası və 2019-cu təvəllüdlü bacısı olub. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. 

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb sürücünün yolun qadağan olunan hissəsində ötmə əməliyyatı icra etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsi olub.

***

Hadisə ilə bağlı BDYPİ xəbərdarlıq yayıb. Xəbərdarlıqda bildirilib ki, sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub:

“Oktyabrın 7-si saat 20:45 radələrində Saatlı şəhəri ərazisində rayon sakini Rəhman Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən, idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, sonra isə yol kənarında hasara çırpılıb.

Qəza nəticəsində avtomobilində olan sərnişinlər – sürücünün anası və 7 yaşlı bacısı xəsarət alıb. Xəstəxanaya çatdırılsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb sürücünün yolun qadağan olunan hissəsində ötmə əməliyyatı icra etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsi göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli hadisədən düzgün nəticə çıxarmağa, sadə hesab etdiyimiz istənilən qayda pozuntusunun hər an həyatımıza iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır”.

Surxay Şahbazov