📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maşında yanmış meyitləri tapılan qızlar 3 bacı imiş - DƏHŞƏTLİ VİDEO

2023-06-19 19:45:00

Maşında yanmış meyitləri tapılan qızlar 3 bacı imiş - DƏHŞƏTLİ VİDEO

Rusiyada ağır yol qəzası baş verib.

Kabardin-Balkariyada iyunun 17-də Çegemski rayonunda avtomobili uçurumdan aşaraq ölən qadınların kimliyi müəyyən edilib.

 REN TV-yə məlum olduğu kimi, ilkin olaraq ölənlər arasında uşağın olduğu deyilsə də, aşan  "Mercedes"də 3 bacı olub.

 "Yanmış cəsədlər Leskenski rayonunun sakinlərinə məxsusdur: 47 yaşlı qadın, 43 yaşlı və 41 yaşlı bacılar", - REN TV-nin mənbəsi bildirib.

“Mercedes-Benz E200” markalı avtomobil uçurumdan Çegem çayının düzənliyinə düşərək alovlanıb.

 Faciə  saat 14:00 radələrində baş verib. İlkin olaraq xarici avtomobilin sürücüsünün idarəetməni itirdiyi güman edilir.

VIDEO  

 

 

Oxu24.com