📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə...+Video

2026-10-10 20:02:49

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə...+Video

Salyanda minik avtomobili qatarla toqquşub.

Hurriyyet.net  xəbər verir ki, hadisə bu gün səhər saatlarında dəmiryolu xəttinin Salyan-Salmanlı sahəsində olub.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil hərəkətdə olan lokomotivin qarşısına çıxıb.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

Sürücü sonda özünü maşından ataraq xilas olub.

Surxay Şahbazov