Maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
2026-10-10 23:27:40
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.net xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.