Mask: “136 kq çəkim var... Zukerberq məni uda bilər”
Hurriyyet.az xəbər verir ki, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq X (“İks”, keçmiş “Tvitter”) sosial şəbəkəsinin sahibi İlon Mask ilə qarşılaşmağa hazır olduğunu bəyan edib və döyüşün keçirilmə tarixinin avqustun 26-na təyin edilməsini təklif edib.
Maskın fəal şəkildə döyüşə hazırlaşdığını “İks” şəbəkəsində açıqlamasından sonra Zukerberq “Meta” şirkətinə məxsus “Theards” şəbəkəsində yazıb:“Mən artıq indidən hazıram. 26 avqust tarixini təklif etsəm də, hələ ondan təsdiq cavabı gəlməyib”. Zukerberq döyüşün həmin tarixdə keçiriləcəyinə inanmadığını da qeyd edib.
Mask dözümlülükdə Zukerberqdən geri qaldığını güman elədiyini də yazıb: “Əgər döyüş uzun çəkməsə, yəqin ki, qələbə çalaram. Amma uzansa, o, dözümlülüyü sayəsində qalib ola bilər. Mən xeyli ağıram. Qarışıq döyüş növündə bunun üçün çəki kateqoriyaları var”. Mask 136 kiloqrama yazın çəkisi olduğunu bildirib.
Hürr Tərcüman