📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mask: “ABŞ-da hökumət işçiləri “Tvitter”dəki bütün özəl mesajları oxuya bilərmiş”

2023-04-17 17:07:00

Mask: “ABŞ-da hökumət işçiləri “Tvitter”dəki bütün özəl mesajları oxuya bilərmiş”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İlon Mask ABŞ hakimiyyətinin “Tvitter” istifadəçilərinin bütün özəl mesajlarına baxmaq ixtiyarına malik olduğunu bəyan edib.

O bu sözləri “Foks Nyus” telakanalının aparıcısı jurnalist Taker Karlsona müsahibəsində söyləyib.

Karlson dünyaca məşhur biznesmenlə müsahibədən bir parçanı özünün “Tvitter” səhifəsində dərc edib.

Mask deyib: “Hakimiyyət faktiki olaraq, “Tvitter”də baş verən hər şeydən xəbərdar olmaq imkanına malik olub. Hətta şəxsi mesajları da oxuya biliblər. Bundan xəbər tutanda şoka düşdüm”.

Mask süni zəka ilə bağlı narahatlığını da bildirərək, texnologiyanın mədəniyyəti yox etmək potensialına sahib olduğuna inandığını deyib.

Hürr Tərcüman