📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mask Baydenin əleyhinədir

2024-01-22 09:56:00

Mask Baydenin əleyhinədir

Hurriyyet.az xəbər verir ki, "SpaceX" şirkətinin təsisçisi, X ("İks" - keçmiş "Tvitter") şəbəkəsinin sahibi, amerikalı biznesmen İlon Mask növbəti seçkilərdə ABŞ-ın indiki Prezidenti Cozef Baydeni dəstəkləməyəcəyini bildirib. O, bu mövqeyini X sosial şəbəkəsində bəyan edib.
Milyarder CNBC telekanalına müsahibəsindən bəhs edən paylaşmaya şərhində öz fikrini bildirib. Mask jurnalistlərə müsahibəsində 2020-ci ildəki seçkilərdə Baydenə səs verdiyini etiraf edib. Biznesmen yazıb: "Bu dəfə də Baydenə səs verə biləcəyimi təsəvvür edə bilmirəm". 
Hürr Tərcüman