Mask beyninə çip yerləşdirilməsinə razılıq verən könüllü axtarır
Hurriyyet.az xəbər verir ki, amerikalı biznesmen İlon Mask beyin implantı ilə təcrübə aparmaq üçün könüllü axtarır.
"Neuralink" adlı neyrotexnologiya şirkəti beyin impantı yerləşdirilməsi ilə bağlı kliniki sınaqların ikinci pasiyentinin seçilməsi üçün müraciətləri qəbul eləməyə başlayıb. Həmin implantın sayəsində düşüncənin köməyi ilə kompüter və telefonu idarə eləmək mümkün olacaq.
İlon Mask öz X səhifəsində yazıb: "Neuralink" ikinci pasiyent qismində kliniki sınaqda iştirak etmək istəyənlərin müraciətlərini qəbul edir. "Telepati" adlı kibernetik beyin implantının sayəsində düşüncə gücü vasitəsi ilə telefon və kompüteri idarə edə biləcəksiniz".
Bundan əvvəl Mask yanvarın 28-də insan beyninə "Neuralink" implantının uğurla yerləşdirilməsini xəbər vermişdi. Birinci könüllü - 29 yaşlı Nolan Arbo təqribən 8 il əvvəl bədbəxt hadisə nəticəsində iflic olduğunu və çiyinlərindən aşağı bədənini hiss eləmədiyini söyləmişdi. Artıq Arbo öz noutbukunun ekranındakı şahmat lövhəsində fiqurların yerini dəyişdirmək üçün düşüncə gücünün köməyi ilə kursoru hərəkət etdirə bilir. Arbonun sözlərinə görə, indi o, daima kompüter oyunları oynayır.
Hürr Tərcüman