📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mask: Bu tarixdə Marsa ayaq basacağıq!

2022-03-18 09:36:00

Mask: Bu tarixdə Marsa ayaq basacağıq!

Bəşəriyyət bu onilliyin sonuna qədər Mars planetinə ayaq basacaq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri “Tesla” və “Speys X” şirkətlərinin rəhbəri İlon Mask Tvitter səhifəsində izləyicisinin sualına cavabında deyib.

O, şərhə cavabında lakonik şəkildə “2029” cavabını yazıb.

Qeyd edək ki, bundan öncə İ.Mask 2026-cı ildə Marsa getməyin mümkün olacağını açıqlamışdı.

Bir sıra nəzəriyyəçilər Maskın fikirləri ilə razılaşmayaraq, yaxın illərdə Marsa getməyin mümkünsüz olacağını bildirirlər.