📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mask: "Harris bəşəriyyəti məhv eləmək istəyir"

2024-07-29 14:45:54

Mask:

Hurriyyet.az xəbər verir ki, amerikalı biznesmen İlon Mask ABŞ prezidentliyinə namizəd Kamala Harrisin bütün bəşəriyyəti məhv eləmək arzusunda olduğunu bildirib.
Milyarder öz X şəbəkəsindəki şərhində ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisin tərəfdar olduğu fəlsəfənin bəşəriyyəti məhv etməyi nəzərdə tutduğunu bəyan edib.
Maks Harrisin ötən ilin sentyabrında, Pensilvaniya ştatında keçirilən tədbirdəki çıxışına şərh verib. Harris həmin çıxışında ABŞ-ın gənc vətəndaşlarının iqlim dəyişikliyi ilə əlaqədar narahat olduğunu, bu qlobal problemin gəncləri ailə qurmaq və uşaq yetişdirmək məsələsinə şübhə ilə yanaşmağa məcbur etdiyini söyləyib.
Mask Harrisin bəşəriyyəti yox eləmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın vitse-prezidentinin ideologiyasının təbii davamı bütün bəşəriyyətin faktiki qırğını ola bilər.
Hürr Tərcüman