Mask: “Soros bəşəriyyətə nifrət edir”
Hurriyyet.az xəbər verir ki, “Tesla” şirkətinin başçısı, amerikalı sahibkar İlon Mask öz “Tvitter” səhifəsində amerikalı milyarder Corc Sorosun insanlığa nifrət etdiyini yazıb.
Mask öz “Tvitter” səhifəsində yazıb: “Soros mənə Maqnetonu xatırladır”.
Onun bu paylaşmasına rəy bildirənlərdən biri Sorosun “siyasi mövqeyi ilə razılaşmayan bəzi amerikalıların onun xoş niyyətlərini pis qəbul elədikləri üçün Sorosun daim hücumlara məruz qaldığını” yazıb.
Mask isə cavabında yazıb: “Siz Sorosun xoş niyyətləri olduğunu güman edirsiniz. Bu, belə deyil. O, sivilizasiyanın toxumalarını məhv eləmək istyir. Soros bəşəriyyətə nifrət edir”.
Qeyd edək ki, Maqneto ABŞ-da məşhuq komiks qəhrəmanıdır.
Vikipediyadan əldə elədiyimiz məlumata görə, “Magneto obrazı maqnit sahələri yaratmaq və idarə etmək qabiliyyətinə malik güclü mutantdır. Maqneto mutantları təkamül baxımından insanlardan üstün hesab edir və insanlarla mutantlar arasında dinc yanaşı yaşama ehtimalını rədd edir. Əvvəlcə o, homo superior adlandırdığı mutantların dominant növ olaraq insanları əvəz etməsi üçün dünyanı fəth etməyə çalışırdı. Ssenaristlər onun Xolokostdan xilas olmuş varlıq olduğunu yazırlar”.
Hürr Tərcüman
.png)