Mask təcili inqilaba çağırdı: "Amerika" gəmisi batır!"
2025-03-28 12:17:43
Hurriyyet.az xəbər verir ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask ABŞ hökumətində inqilabi dəyişikliklər aparılması çağırışı edib.
Mask "Foks Nyus" telekanalına müsahibəsində Amerika hökumətində aparılan islahatlardan danışarkən deyib: "Birləşmiş Ştatlar hökumətinin işində inqilab baş verməzsə, "Amerika" adlanan gəmi batacaqdır. Bu, inqilabdır. Ola bilsin ki, elə inqilab dövründən bəri ən böyük inqilabdır. Bu işin axırında Amerika olduqca yaxşı formada olacaqdır".
DOGE rəhbərinin fikrincə, islahatları aparmaq mümkün olmazsa, Amerikanı kədərli tale gözləyir.
Hürr Tərcüman