📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mask: “Telefon nömrənizi vermədən telefonla danışa bilərsiniz”

2023-05-10 11:33:00

Mask: “Telefon nömrənizi vermədən telefonla danışa bilərsiniz”

“Tvitter”də yenilik – telefon funksiyaları gəlir

Hurriyyet.az xəbər verir ki, İlon Mask  sahibi olduğu “Tvitter” sosial şəbəkəsində yeniliklər baş verəcəyini bildirib – indən belə şəbəkədə video və audiozəng funksiyaları işə salınacaq. O, “Tvitter” səhifəsindəki açıqlamasında səsli və görüntülü danışıqların şəbəkədə qeydiyyatdan keçmiş hər bir kəs üçün əlçatan olacağını bəyan edib:  “Telefon nömrənizi vermədən dünyanın istənilən nöqtəsindəki insanlarla ünsiyyət qura bilərsiniz”.

Mask şəxsi mesajların şirfələnməsi funksiyasının da əlavə ediləcəyini bildirib. Mesajların şifrələnməsi üçün “Direct Message V 1.0” proqramının artıq 10 may tarixindən işə düşməsi planlaşdırılıb.

Hürr Tərcüman