📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maska və vaksin pasportu ləğv edilir? - AÇIQLAMA

2022-03-21 17:28:00

Maska və vaksin pasportu ləğv edilir? - AÇIQLAMA

"Koronavirusa görə insanların yaşayışını məhdudlaşdırmaq olmaz".

Bunu pediatr Vaqif Qarayev bildirib. Mütəxəssis qadağaların aradan qaldırılmalı olduğunu deyib:

"Dinamika pozitivdir, bizdə də yoluxma sayı xeyli azalıb. Ən əsası koronavirusdan ölüm sayı azalıb. Qonşu Gürcüstan hökuməti endemik fazaya keçidi təsdiqləyib. Bu, yaxşı xəbərdir, çünki orada vəziyyət çox pis idi. Türkiyədə də vəziyyət yaxşıdır.  Məncə, qadağaları götürmək olar. Ölkədə hər ailədə koronavirusa yoluxan oldu. Hər kəs özünü qorusa yaxşıdır". \\Sfera.az