📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maskın həyəcan harayı: “Yaponiya tez-gec yox olacaq!”

2022-05-09 16:17:00

Maskın  həyəcan harayı: “Yaponiya tez-gec yox olacaq!”

Hurriyyet.az xəbər verir ki, dünyanın ən zəngin adamı hesab edilən İlon Mask “Kyodo” agentliyinin paylaşdığı xəbərdən sonra mövcud demoqrafik vəziyyətlə bağlı Yaponiyaya xəbərdarlıq edib. Mask doğum stratistikasının dəyişməyəcəyi təqdirdə, “Yaponiyanın tez-gec yox olacağı” təhlükəsinin olduğunu bildirib.

“Kyodo” agentliyinin “Tvitter” şəbəkəsində “2021-ci ildə ölkə əhalisinin sayında rekord azalma” xəbərinə İlona Mask öz sosial media hesabında cavab verib. O, doğum faizinin ölüm faizini aşmadığı vəziyyətin davam etdiyi müddətdə Yaponiyanın tez-gec yox olacağını bəyan edib.

Artıq 11 ildir ki, Yaponiyanın əhalisi azalmağa davam edir.

Ötən ay dərc edilən xəbərdə Yaponiya əhalisinin 2021-ci ildə 644 min nəfər azalaraq, 125,5 milyon nəfərə düşdüyü, bunun ardıcıl şəkildə 11 il davam elədiyi, 1950-ci ildən bəri ən böyük azalma olduğu bildirilmişdi.

Hökumətin statistik məlumatına görə, keçən il Yaponiyada 831 min doğum, 1,44 milyon ölüm faktı qeydə alınıb.

Son məlumatlara görə, Yaponiya əhalisinin 29 faizini 65 yaşından yuxarı, 11,8 faizini isə 14 yaş və ondan aşağı insanlar təşkil edir.

Hürr Tərcüman