Maskın fikrincə, Ukrayna itirdiyi əraziləri qaytara bilməyəcək
2023-12-13 11:13:27
Hurriyyet.az xəbər verir ki, amerikalı sahibkar İlon Mask sahibi olduğu “İks” (X) sosial şəbəkəsində milyarder Devid Saksın “Ukrayna Krım, Donetsk, Luqansk, Xerson və Zaporojyeninin bir qismini həmişəlik itirib. Kiyev sülh danışıqlarına başlamasa, Xarkov və Odessanı, Xersonun qalan hissəsini də itirəcək” iddiası ilə çıxış elədiyi yazısı ilə razılaşıb. Paylaşmaya şərh verən Mask yazıb: “Məncə, siz doğru qiymətləndirirsiniz”.
Hürr Tərcüman
.png)