📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Matçda zərbədən huşunu itirən gənc futbolçu öldü - Video

2026-11-18 13:14:12

Matçda zərbədən huşunu itirən gənc futbolçu öldü - Video

Argentinada futbol matçı zamanı xəsarət alan gənc futbolçu Abel Nunyes vəfat edib.

Hurriyyet.net  xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Argentina Futbol Assosiasiyasının gənclər arasında təşkil etdiyi turnirin qarşılaşmasında baş verib.

“Ezeiza” klubunun oyunçusu topu uzaqlaşdırarkən başından güclü zərbə alıb və huşunu itirərək yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb.

Həkimlər gənc futbolçunu əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə anının görüntülərini təqdim edirik: