Matvienko: “Qərb həmişə Azərbaycanla Ermənistan arasındakı münaqişəni alovlandırmağa çalışıb”
2023-11-16 16:53:15
Hurriyyet.az xəbər verir ki, TASS informasiya agentliyinin verdiyi xəbərə görə, Rusiyanın Fderasiya Şurasının sədri Valentina Matvienko Qərb ölkələrinin yalnız Ermənistanla Azərbaycan arasında münaqişəni alovlandırmaq niyyətində olduqlarını bəyan edib. Matvienko Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüş zamanı deyib: “Bilirsiniz ki, Rusiya ilk addımlardan başlayaraq, həmişə Cənubi Qafqazda sülh və sabitlik naminə fəaliyyətin ən fəal iştirakçısı olub. Qərb dövlətləri yalnız münaqişəni alovlandırmağa çalışıblar. Biz sülh gündəmində onlar tərəfindən müsbət addımlar atıldığını görməmişik”.
Hürr Tərcüman