📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Matviyenko: “Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün parlament xətti ilə əməkdaşlıq planlaşdırılır”

2022-10-28 12:01:00

Matviyenko: “Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün parlament xətti ilə əməkdaşlıq planlaşdırılır”

Hurriyyet.az xəbər verir ki, RF Federasiya Şurasının sədri Valentina Matvyienko MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının sessiyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı deyib: “Rusiya vasitəçi rolunda çıxış edib, indi də bu rolda çıxış edir və iki dövlətin (Ermənistan ilə Azərbaycanın – red.) sülh müqaviləsi imzalaması üçün yardım göstərəcək”.

Matviyenko dünən Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın regionda sülhün əldə olunmasına kömək edəcək istənilən qərarı dəstəkləyəcəyini söylədiyini xatırladıb.

Federasiya Şurasının spikeri deyib:  "Həm Ermənistan, həm də Azərbaycan son nəticədə sərhədlərin demarkasiyası və problemli məsələlərdə həll yollarını tapmalıdır".

Onun sözlərinə görə, bunun üçün parlament xətti ilə əməkdaşlıqdan istifadə etmək planlaşdırılır.

Hürr Tərcüman