📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mayamidə yük və sərnişin təyyarəsi toqquşdu - Xəsarət alanlar var

2026-11-15 13:16:24

Mayamidə yük və sərnişin təyyarəsi toqquşdu - Xəsarət alanlar var

ABŞ-nin Mayami Beynəlxalq Hava Limanında yük təyyarəsi ilə sərnişin təyyarəsi toqquşub.

Hurriyyet.net  xəbər verir ki, bu barədə CBS teleşəbəkəsi yanğınsöndürmə-xilasetmə xidmətinə və hava limanının kommunikasiya direktoru Qreq Çinə istinadən məlumat yayıb.

Qreq Çinin sözlərinə görə, təyyarələr iki yerüstü hərəkət yolunun (taxiway) kəsişdiyi yerdə toqquşub. Təyyarələrdən biri hava limanına yeni eniş etmişdi, digəri isə uçuşa hazırlaşırdı.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə hava limanının fəaliyyətinə təsir göstərməyib.