📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mayın 1-dən yeni cərimələr tətbiq olunacaq - DİQQƏT

2022-04-08 15:28:00

Mayın 1-dən yeni cərimələr tətbiq olunacaq - DİQQƏT

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyən edilib.

Bu, Prezident İlham Əliyevin "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.

Report.az