📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mayın 3-də Türkiyə ilə Ermənistan nümayəndələri görüşəcəklər

2022-04-29 15:19:00

Mayın 3-də Türkiyə ilə Ermənistan nümayəndələri görüşəcəklər

Hurriyyet.az xəbər verir ki, Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələri Avstriyanın paytaxtı Vyanada danışıqları davam etdirəcəklər. Ankara və İrəvan arasındakı münasibətlərin normallaşdırılması üzrə məşvərətin növbəti raundu 3 may tarixinə planlaşdırılıb. Bu barədə açıqlamanı Türkiyə XİN-in mətbuat xidməti verib.

Açıqlamada deyilir: “Münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Türkiyənin xüsusi nümayəndəsi səfir Serdar Kılıç ilə Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan arasında görüş mayın 3-də, Vyanada keçiriləcək”.

Danışıqların birinci mərhələsi yanvarın 14-də Moskvada keçirilmişdi. Məşvərət nəticəsində iki ölkə arasında 2020-ci ildə dayandırılmış hava nəqliyyatı bərpa edilib.

Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələri ikinci dəfə fevralın 24-də Vyanada görüşmüşdülər.

Cari ilin mart ayında Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Türkiyənin Antalya şəhərində keçirilən Diplomatik Forumda iştirak edib.

Hürr Tərcüman