📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maykl Pompeodan AÇIQLAMA: 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyəm

2022-07-07 18:56:00

Maykl Pompeodan AÇIQLAMA: 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyəm

ABŞ-ın keçmiş dövlət katibi Pompeo 2024-cü ildə keçiriləcək prezident seçkilərində "Respublikaçılar Partiyası"ndan prezidentliyə namizəd olmaq niyyətində olduğuna işarə edib.
Xatırladaq ki, bu Maykl Pompeo 2018-ci ilin aprelindən 2021-ci ilin yanvarınadək Tramp administrasiyasında dövlət katibi vəzifəsində çalışıb və bundan əvvəl MKİ-yə rəhbərlik edib.
Yunanıstanda keçirilən "Economist" konfransında Tramp seçkiyə getsə belə Respublikaçılar Partiyasından namizəd olub-olmayacağı sualına Pompeo bunu istisna etməyib. O, yekun qərarın 2023-cü ilin əvvəlində veriləcəyini vurğulayıb.

O bu qərarını ABŞ iqtisadiyyatının və adi amerikalıların həyat səviyyəsinin kəskin pisləşməsi ilə izah edib. "Amerika iqtisadiyyatı pis vəziyyətdədir" deyən Pompeo əlavə edib ki, "bu gün kirayə və qaz ödəyə bilməyən Amerika vətəndaşları var".
Pompeo həmçinin qeyd edib ki, Rusiya hər iki halda - həm indiki münaqişədə, həm Krımın ilhaqı zamanı ABŞ hökumətində demokratların olduğu vaxtlarda Ukraynada hərəkətə keçib. Bununla da o, "respublikaçıların Moskva ilə konstruktiv münasibətlər qura bildiyinə" eyham vurub. Paralel olaraq Pompeo mesaj göndərib ki, Amerikada hakimiyyətə gəlsə, Rusiya ilə münaqişə etməyəcək.
Bu mənada onun növbəti ifadəsi göstəricidir.
“Dövlətlərin tarixən münaqişələri var. Onların güc tətbiq etmədən dialoq yolu ilə həlli vacibdir”, deyə ABŞ-ın keçmiş dövlət katibi bildirib.
Yeri gəlmişkən, bu, Pompeonun Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə yönəldiyi Zelenskiyə mesajdır.
Pompeonun prezidentlik ambisiyalarına gəlincə, burada əsas maneə Trampın mövqeyi olacaq. Ağ Evin keçmiş sahibi də növbəti seçkilərdə “köhnə günləri silkələmək” istəyir. Trampla Pompeo potensial prezident və vitse-prezident kimi vəzifə bölgüsü ilə razılaşıb tandemdə işləyə biləcəklərmi, yoxsa partiyadaxili rəqibə çevriləcəklər, bunu yaxın gələcək göstərəcək. Nə olursa olsun, respublikaçılar prezidentlik uğrunda mübarizə aparmaq və demokratlara qarşı döyüşməkdə ciddi qərarlıdırlar. Baydenin başçılıq etdiyi demokratların isə ABŞ-da sürətlə mövqelərini itirdikləri təxmin edilir və ölkədə artan iqtisadi-sosial böhran fonunda onların hakimiyyətdə qalmaq perspektivləri az görünür.

Ülviyyə, Hurriyyet.az