📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Maykrasoft”la “Amazon”un uşaqların məlumatlarını, səsyazmalarını topladıqları, arxivdə saxladıqları isbat edildi

2023-06-06 13:32:00

“Maykrasoft”la “Amazon”un uşaqların məlumatlarını, səsyazmalarını topladıqları, arxivdə saxladıqları isbat edildi

Hurriyyet.az xəbər verir ki, “Maykrosoft” şirkəti uşaqların şəxsi məlumatlarını toplamaqla məxfilik qanunlarını pozduğu üçün ABŞ Federal dairələrinə 20 milyon dollar cərimə cəzası ödəyəcək. “Maykrosoft” şirkətinin Xbox hesabları açan uşaqlar barəsində qanunsuz məlumatlar topladığı və illərlə saxlanılaraq arxivləşdirdiyi isbat edilib.

Ötən həftə “Amazon” şirkətinə qarşı da belə bir qərar verilib. Uşaqların səsyazmaları da daxil olmaqla, həssas məlumatlarını topladığı sübuta yetirilən “Amazon” şirkəti 25 milyon dollar cərimə ödəməyə razı olub.

Hürr Tərcüman