📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mbappe daha bir kluba "yox" dedi!

2023-07-31 23:36:00

Mbappe daha bir kluba

Daha öncə "Əl Hilal"ın təklifini geri çevirən Kilian Mbappe daha bir kluba "yox" deyib. 

Bu dəfə "Barselona" klubu fransız hücumçudan rədd cavabı alıb. Kataloniya təmsilçisi Kilian üçün PSJ-yə Usman Dembele və Qavini təklif edib. Bu barədə "Lequipe" nəşri məlumat yayıb. 

"Liverpul" klubu isə Mbappeni bir illik icarəyə götürməyi planlaşdırırdı. 

Qeyd edək ki, PSJ klubu 2024-cü ilin yayında müqaviləsinin müddəti başa çatacaq Kilian Mbappeni satışa çıxarıb. Futbolçunun yeni klubunun "Real Madrid" olacağı gözlənilsə də, Mbappenin bu yay, yoxsa 2024-cü ilin yayında "Kral klubu"na keçəcəyi bəlli deyil. \\Offsideplus.az